September 2, 2017

Halva çörək

Halva çörək :D Bugün halva reseptini bölüşücəyəm sizlərə. Əvvəlcə onu deyim ki burda verəcəyim ölçü sizə az gələbilər ama iki vəya üç nəfər üçün kifayət edəcək ölçüdədir. Şəkillər mənim tərəfimdən çəkilib.☺Şəkildə görünən çörək külçə çörək vəya külçə adlanır kim necə deyir. Bu çörək növünü hansı ki Azərbaycanın cənub bölgəsində əsasən də Lənkəran da bişirirlər. Halva da elə külçə ilə çox daha dadlı olur. Əslinə qalanda reseptdə çox bir fərqlilik yoxdu. Elə hamının bildiyi yağlı südlü mayalı xəmir yoğrulur və bişirilir. Başqa vaxt anamdan dəqiq reseptini öyrənib yazaram. Halvanı mən çox bəyənirəm ama çoxda yağlı olmasın yağlı olanda boşqabın kənarlarına çıxır və bu da heç də iştah açıcı görünmür. Mənim fikrimdi əlbətdə bu. (: İstəyən olsa halvanın üzərinə biraz darçın əlavə edəbilər.

Ölçülərdə stəkan fərqli olmasın mən 200 ml xrustal stəkanla ölçmüşəm.

1 stəkan yarım ələnmiş un
110 qram kərəyağı
bir çimdik duz